Əhali abonentləri üçün:
Qeyri-əhali abonentləri üçün:
Texniki şərtin verilməsi-Ödənişsiz; Qoşulma: Əhali-ödənişsiz; Qeyri-əhali ödənişli (ödəniş sifariş əsasında müəyyən edilir).
Qeyd 1: Texniki şərt verildikdən sonra 2 (iki) il müddətində qüvvədədir.
Qeyd 2: Fərdi yaşayış evinin su təchizatı və kanalizasiya sistemlərinə birləşdiriləcəyi paylayıcı şəbəkə və qurğulara qədər məsafə 30 metrə qədər olduğu halda, qoşulmalar “Azərsu” ASC tərəfindən hazırlanan texniki şərtlərə əsasən, bu məsafədən artıq olduğu halda fərdi yaşayış evinin yerləşdiyi ərazinin perspektiv layihəsinə uyğun şəbəkələrin inşası ilə verilməlidir.
Qeyd 3: Qeyri-əhali abonentləri üçün su təchizatı və kanalizasiya sistemlərinə qoşulma işləri və xətlərin çəkilişi sifarişçinin vəsaiti hesabına həyata keçirilir.
Qeyd 4: Qeyri-əhali abonentləri üzrə qoşulma nöqtəsinə qədər çəkiliş sifarişçi tərəfindən texniki normalara uyğun həyata keçirildikdən, qoşulma xərcləri tam ödənildikdən və müraciət olunduqdan sonra abonentin şəbəkəyə qoşulması 15 (on beş) iş günü müddətində həyata keçirilir.
Qeyd 5: Texniki şərtlər yalnız tikinti obyektləri üçün verilir. Tikinti obyektləri dedikdə tikinti fəaliyyəti prosesində yaradılan və ya yaradılmış bina (o cümlədən, yaşayış binaları, yaşayış evləri) və ya qurğular nəzərdə tutulur.
Qeyd 6: Başqa şəxs müraciət etdiyi halda, qanunvericilikdə müəyyən olunmuş qaydada verilən etibarnamə və müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilməlidir.
Qeyd 7: Əhali abonentləri, həmçinin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olan abonentlər üzrə yaxın qohumlar (ata, ana, baba, nənə, ər (arvad), uşaqlar, bacı, qardaş, nəvələr) qohumluq əlaqələrini təsdiq edən sənədləri və sifarişçinin şəxiyyət vəsiqəsini (və ya surətini) təqdim etməklə xidmətə müraciət edə bilərlər.