Müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi;
Mülkiyyəti təsdiq edən sənəd Qeydiyyat vəsiqəsi, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair çıxarış, müvafiq icra hakimiyyəti orqanının sərəncamı (ayrıc aktı və ya plan-sxem ilə birlikdə), bələdiyyə qərarı (plan-sxem ilə birlikdə), bələdiyyə və ya icra nümayəndəliyinin arayışı (plan sxemi ilə birlikdə)order, alqı-satqı və ya icarə müqaviləsi (mülkiyyət hüququna dair sənədin surəti ilə), icra hakimiyyəti orqanının tikintiyə icazə sənədi (vəziyyət planı ilə birlikdə)
Tələb olunan elektrik enerjisinin gücü və keyfiyyət göstəriciləri barədə sənəd (yük hesabatı)
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 24 iyul tarixli 327 nömrəli qərarı ilə müəyyən olunur
12 və ya 24 gün
Başqa şəxs müraciət etdiyi halda, qanunvericilikdə müəyyən olunmuş qaydada verilən etibarnamə və müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilməlidir.
Abonentin qeydiyyat ünvanı üzrə qeydiyyatda olan digər şəxslər də müraciət edə bilərlər (şəxsiyyət vəsiqəsini təqdim etməklə).
Yaxın qohumlar (ata, ana, baba, nənə, ər (arvad), uşaqlar, bacı, qardaş) qohumluq əlaqələrini təsdiq edən sənədləri təqdim etməklə xidmətə müraciət edə bilərlər.
Mülkiyyət sənədində payçılar mövcud olduğu halda (mülkiyyət sənədində qeyd olunan ünvan üzrə payçıların hər biri ayrıca abonent olduğu və ya payçıların özləri iştirak etdiyi hallar istisna olmaqla) onların notarial qaydada razılıq ərizəsi tələb olunur.
Sifarişçi mərkəzlər tərəfindən ona verilmiş texniki şərtləri itirdikdə, o, həmin sənədlərin dublikatının alınması üçün abonent kodunu və müraciət edən şəxsin şəxsiyyət vəsiqəsini təqdim etməklə mərkəzlərə müraciət edir. Həmin sənədlərin dublikatı müraciət edildiyi gün mərkəzlər vasitəsilə sifarişçiyə ödənişsiz verilir. Digər müəssisələr tərəfindən verilən Texniki şərt itirildikdə aidiyyəti üzrə ETŞ-ə müraciət etməsi tələb edilir.
Məişət abonentləri tikinti obyektlərinə əlavə güc alması tələb olunduqda, onlara verilmiş mövcud texniki şərtlər nəzərə alınmaqla, əlavə gücün alınması üçün yeni texniki şərtlər verilməlidir. Əlavə gücün alınması üçün yeni texniki şərtlər verilərkən sifarişçi tələb etdiyi əlavə gücə uyğun qoşulma haqqı ödəyir.
Uçot nöqtəsi olan ünvanlara yeni uçot nöqtəsinin açılması ilə əlaqədar müraciətlər qəbul edilmir.
Mülkiyyət sənədində torpaq sahəsinin təyinatı “digər” və ya “ehtiyat fondu” olduğu halda mövcud tikili nəzərə alınaraq qeydiyyat aparılacaqdır (mövcud tikili olmadığı halda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətindən təyinatla bağlı arayış təqdim olunmalıdır).
Mülkiyyət sənədində torpaq sahəsinin təyinatı “kənd təsərrüfatı” olduğu halda mövcud tikili nəzərə alınaraq qeydiyyat aparılacaqdır. Tikili olmayan müraciətlər təyinatı üzrə xidmət ala bilərlər.