Ödənişsiz
Başqa şəxs müraciət etdiyi halda qanunvericiliklə müəyyən olunmuş qaydada verilən etibarnamə və müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilməlidir.
Abonentin qeydiyyat ünvanı üzrə qeydiyyatda olan digər şəxslər də müraciət edə bilərlər (şəxsiyyət vəsiqəsini təqdim etməklə).
Yaxın qohumlar (ata, ana, baba, nənə, ər (arvad), uşaqlar, bacı, qardaş, nəvələr) qohumluq əlaqələrini təsdiq edən sənədləri təqdim etməklə xidmətə müraciət edə bilərlər.
Qazın alqı-satqı müqaviləsi “ASAN Kommunal” mərkəzində bağlanılır.
Əhali abonentləri üçün borc aşkar olunduğu halda ödənilməli, ödənilə bilinmədiyi halda abonentə qanunvericilikdə nəzərdə tutulmuş qaydada borcun ödənilməsi barədə bildiriş təqdim edilir.
Qeyri-əhali abonentləri üçün borc aşkar olunduğu halda ödənilməlidir.
Notarial qaydada təsdiq olunmuş kirayə müqaviləsi əsasında kirayəçiyə, tələb olunan digər sənədləri təqdim etdiyi halda xidmət göstərilir.
Borc aşkar olunduğu halda tərəflər arasında rəsmiləşdirilmiş “İstehlak olunmuş qaz sərfinə görə yaranmış debitor borcun ödənilməsi barədə razılaşdırılmış Protokol” əsasında xidmət göstərilir.
Borc aşkar olunduğu halda protokola yalnız abonent özü və yaxud notarial qaydada təsdiq olunmuş nümayəndəsi imzalaya bilər..
Abonent köhnə müqaviləni gətirdikdə və ya Azəriqaz İB sistemində mövcud olduqda yeni müqavilə bağlanılmır.
Qeyri-əhali abonentlərdən köhnə müqavilə olmadığı halda VÖEN-nin surəti tələb olunur.