Please ensure Javascript is enabled for purposes of website accessibility
Səyyar ASAN xidmət davam edir Ətraflı

Səyyar ASAN xidmət 12 noyabr – 11 dekabr Xırdalan və Şamaxıda, 26 noyabr – 10 dekabr Ləki qəsəbəsində, 27 noyabr – 26 dekabr Astarada, 30 noyabr – 29 dekabr Salyan və Yevlaxda, 3 - 27 dekabr Zaqatalada, 7 – 26 dekabr Pirallahıda, 8 - 27 dekabr Naftalanda, 10 – 29 dekabr Şabranda, 14 -28 dekabr Xırdalan, Qobustan və Şirvanda vətəndaşlara səyyar formada xidmət göstərəcək.

“Uşaq hüquqları uşaqların gözündə” tədbiri keçirilib Ətraflı

10 dekabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə İnsan Hüquqları Gününə həsr olunmuş “Uşaq hüquqları uşaqların gözündə” adlı tədbir keçirilib.

“ASAN xidmət”dən yeni il üçün fərqli aksiya Ətraflı

“ASAN xidmət” “Daha yaşıl illər üçün” adlı aksiyaya başlayıb. Belə ki, “ASAN xidmət” mərkəzlərində vətəndaşların bəzəməsi üçün fərqli şam ağacları quraşdırılıb. Xidmət aldıqdan sonra vətəndaşlar öz növbə biletlərini şam ağaclarının budaqlarına asacaqlar və aksiya iştirakçıları yaşıl gələcək üçün çağırış etmiş olacaqlar. Asılmış bütün kağızlar sonda təkrar emala qaytarılacaq.

Səyyar ASAN Kommunal Bilgəhdə Ətraflı

8 - 29 dekabr 2018-ci il tarixində Səyyar ASAN xidmət çərçivəsində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Bilgəh qəsəbəsində səyyar formada xidmətlər həyata keçiriləcək.

Dövlət Agentliyinin beynəlxalq əlaqələri genişlənir Ətraflı

5 dekabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ilə “Türksat” şirkətinin direktoru Cenk Şen, daha sonra isə Əfqanıstan İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Şahzad Aryubi arasında görüşlər keçirilib.

Elektron Hökumət üzrə İcra Qrupu yaradılıb Ətraflı

5 dekabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid: yeni konsepsiya və gələcəyə baxış” adlı tədbir keçirilib.

Beynəlxalq Könüllülər Günü qeyd olunub Ətraflı

5 dekabr 2018-ci il tarixində “ASAN xidmət” və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının təşkilatçılığı, o cümlədən BMT-nin Könüllülər Proqramı, ADA Universiteti və “Coca-Cola” şirkətinin birgə tərəfdaşlığı çərçivəsində Beynəlxalq Könüllülər günü ilə əlaqədar tədbir təşkil olunub.

Səyyar ASAN xidmət davam edir Ətraflı

Səyyar ASAN xidmət 7 noyabr – 6 dekabr Qusarda, 12 noyabr – 11 dekabr Xırdalan və Şamaxıda, 14 noyabr – 3 dekabr Biləcəri qəsəbəsində, 20 noyabr - 4 dekabr Göygöldə, 26 noyabr – 10 dekabr Ləki qəsəbəsində, 27 noyabr – 26 dekabr Astarada, 30 noyabr – 29 dekabr Salyan və Yevlaxda, 3 - 27 dekabr Zaqatalada, 7 – 26 dekabr Pirallahıda, 8 - 27 dekabr Naftalanda vətəndaşlara səyyar formada xidmət gös...

Aİ, BMTİP və “ABAD” birgə layihə həyata keçirir Ətraflı

1 dekabr 2018-ci il tarixində Balakəndə “ABAD” regional mərkəzi vasitəsi ilə Şəki-Zaqatala iqtisadi rayonunda kiçik ailə təsərrüfatlarının inkişafına dəstək layihəsi çərçivəsində seçilmiş ailələrlə görüş keçirilib.