Please ensure Javascript is enabled for purposes of website accessibility
Dövlət Agentliyi SMS kodlarından sui-istifadə halları ilə bağlı xəbərdarlıq edir Ətraflı

Aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, vətəndaşlar tərəfindən 8103 SMS icazə sistemində sui-istifadə hallarına yol verilir. Belə ki, bəzi vətəndaşların sistem vasitəsi ilə "3" kodu, yəni yaxın qohumunun dəfnində iştirak halı üzrə göndərilmiş müraciətlərinin bu hal üzrə deyil, digər, aidiyyəti olmayan məqsədlər üçün istifadə etdikləri müəyyən edilib.

Dövlət Agentliyindən icaze.e-gov.az portalı ilə bağlı xəbərdarlıq Ətraflı

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” üzrə qeydə alınmış məlumatların mütəmadi olaraq təhlili aparılır.

SMS müraciət sisteminə dair tələb və tövsiyələr Ətraflı

Qısa müddətdə yaradılan “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” vasitəsi ilə 5 aprel 2020-ci il tarixdən vətəndaşların sorğuları cavablandırılmağa başlanılıb.

"İcazələrin Alınması və Monitorinqi Sistemi” təqdim olunub Ətraflı

3 aprel 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzində kütləvi informasiya vasitələrinin nümayəndələri üçün “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”nin təqdimat mərasimi keçirilib.