16 - 17 yanvar 2018-ci il tarixində Moldova Respublikasının Dövlət Xidmətləri Agentliyinin nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyəti ilə yaxından tanış olmaq məqsədi ilə ölkəmizdə səfərdə olub.
Monteneqronun nüfuzlu CdM informasiya portalında “Dövlət idarəçiliyi çox geniş sahədir, optimallaşdırması zəruridir” adlı məqalədə Azərbaycan brendi “ASAN xidmət”dən bəhs olunub.
“ABAD”ın yeni, sayca 6-cı sərgi-satış mərkəzi fəaliyyətə başlayıb. Yeni sərgi-satış mərkəzi Qəbələ rayonunun Duruca kəndi, “Tufandağ” dağ-xizək kurortunun ərazisində yerləşir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitində yağış suyundan enerji alınmasına imkan verən “Rainenergy” qurğusu ilə Azərbaycanı təmsil etmiş Reyhan Camalova ilə görüşüb.
29 dekabr 2017-ci il tarixində Mədəniyyət və Truizm Nazirliyi, Quba Rayon İcra Hakimiyyəti və “ASAN xidmət”in təşkilatçılığı ilə Quba “ASAN həyat” Kompleksində yeni il konserti keçirilib.
Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl bayramı ilə əlaqədar 31 dekabr – 3 yanvar tarixlərində “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.
“Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu” (AZİNNEX) Özbəkistan nümayəndəliyi üçün Ölkə meneceri vakansiyası üzrə işçi axtarışı ELAN edir: Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu Azərbaycanın 10 ən qabaqcıl İT şirkətləri tərəfindən yaradılmışdır.
27 dekabr 2017-ci il tarixində Sudan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abbas Mustafa Əhməd Abdallay 1 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.