Please ensure Javascript is enabled for purposes of website accessibility

Xarici ölkələrin Fransadakı səfirləri “ASAN xidmət”-də

26 may 2018-ci il tarixində bir sıra xarici ölkələrin Fransa Respublikasında akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfirləri və UNESCO yanında daimi nümayəndələri “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Qonaqlara "ASAN xidmət" mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Bildirilib ki, bu günədək 22 milyona yaxın vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, "ASAN xidmət" Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar "ASAN xidmət"ə gələcək fəaliyyətində uğurlar arzulayıblar.

A- A A+

Digər press-relizlər