Please ensure Javascript is enabled for purposes of website accessibility

Xalq rəssamı Səttar Bəhlulzadənin yaradıcılığına həsr olunan mühazirə

“ASAN xidmət”, YARAT Müasir İncəsənət Məkanı,  Beynəlxalq Muğam mərkəzi  və “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan və dünya incəsənətinə həsr olunan mühazirələr davam edir.

Bu çərçivədə növbəti mühazirə 17 oktyabr 2014-cü il tarixində saat 19:00-da Beynəlxalq Muğam mərkəzində sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev tərəfindən keçiriləcək. Mühazirənin mövzusu Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndələrindən biri, Azərbaycanın əməkdar incəsənət xadimi, xalq rəssamı Səttar Bəhlulzadənin yaradıcılığına həsr olunacaq.

Qeyd olunan layihə çərçivəsində incəsənət sahəsində tanınmış ekspertlər tərəfindən ümumi mühazirələr təşkil olunur. Azərbaycan və dünya mədəniyyətinə, incəsənətinə həsr olunan mühazirələrdə “ASAN xidmət” mərkəzlərinin əməkdaşları, könüllüləri və vətəndaşlar iştirak edirlər.

Layihə müddətində bugünə kimi 3 mühazirə təşkil olunub və  ümumilikdə 300 nəfər iştirak edib.

Silsilə mühazirələr iştirakçıların milli və dünya incəsənəti ilə bağlı biliklərinin artırılmasına yönəlib.

 

A- A A+

Digər press-relizlər