Please ensure Javascript is enabled for purposes of website accessibility

Uqanda Respublikasının dövlət xidmətləri naziri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

22 sentyabr 2018-ci il tarixində Uqanda Respublikasının dövlət xidmətləri naziri Vilson Muruli Mukasanın rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra qonaqlar Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

20-23 sentyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəvəti ilə Uqanda Respublikasının dövlət xidmətləri naziri Vilson Muruli Mukasanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasında səfərdədir.

A- A A+

Digər press-relizlər