Please ensure Javascript is enabled for purposes of website accessibility

Rusiya Federasiyasının Ulyanovsk vilayətinin nümayəndə heyətinə AZINNEX barədə təqdimat edilib

Rusiya Federasiyasının Ulyanovsk vilayətinin dövlət və bələdiyyə xidmətlərinin göstərilməsi üzrə çoxfunksiyalı mərkəz - İnternet Texnologiyaları İnkişafı Korporasiyasının direktoru Svetlana Opyenışevanın rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” modeli ilə tanış olmaq məqsədilə ölkəmizdə səfərdədir.

Səfər çərçivəsində Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumunun (AZINNEX) üzvləri ilə də görüşü keçirilib. Görüşdə AZINNEX, iştirak edən üzv şirkətlərin innovativ məhsul və xidmətləri barədə təqdimatlar edilib.

Görüşdə AZINNEX üzvlərinin Ulyanovsk vilayəti üçün idarəetmənin avtomatlaşdırılması, çoxfunksiyalı elektron xidmətlər və elektron hökumət üzrə təklif edə biləcəkləri real layihələr müzakirə edilib.

Görüş gələcəkdə real əməkdaşlıq imkanları istiqamətində müzakirələrlə yekunlaşdırılıb.

A- A A+

Digər press-relizlər