Quba “ASAN həyat” Kompleksində yeni il konserti keçirilib

29 dekabr 2017-ci il tarixində Mədəniyyət və Truizm Nazirliyi, Quba Rayon İcra Hakimiyyəti və “ASAN xidmət”in təşkilatçılığı ilə Quba “ASAN həyat” Kompleksində yeni il konserti keçirilib.

Konsert proqramı 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü, “ASAN xidmət”in 5, ASAN Radionun isə 2 yaşına həsr olunub.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov bildirib ki, 5 il əvvəl, yəni 2012-ci il dekabrın 29-da Respublikamızda dövlət idarəetməsi sahəsində genişmiqyaslı islahatların tərkib hissəsi olaraq, Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılan “ASAN xidmət” mərkəzinin açılışı baş tutub.

Fəaliyyətə başladığı ilk gündən operativlik, şəffaflıq, rahatlıq, nəzakətlik, innovativlik prinisiplərini rəhbər tutan 5 illik fəaliyyətin nəticəsi olaraq “ASAN xidmət” söz birləşməsi qeyd olunan prinsiplərin sinoniminə çevrilib, vətəndaşların etimadını və rəğbətini qazanıb.
İnam Kərimov həmçinin qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncama əsasan hər il dekabrın 29-u “ASAN xidmət” işçilərinin peşə bayramı günü kimi qeyd ediləcək. 

Çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Prezident İlham Əliyevin dekabr ayının 7-də Quba rayonuna səfəri zaman Quba “ASAN həyat” kompleksinin açılışında iştirak etdiyini və bunun prezidentin Quba sakinlərinə diqqət və qayğısının təcəssümü olduğunu bildirib. Ziyəddin Əliyev həmçinin sakinləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib. 

Daha sonra Quba rayonun ictimai həyatında fəal iştirak edən gənclər diplom və qiymətli hədiyyələr ilə mükafatlandırılıb. 

Sonra tədbir “ASANla röyalarınız gerçəkləşir” şüarı altında əməkdar artist Röyanın səhnədə bir – birindən möhtəşəm ifaları ilə davam etdirilib. 

A- A A+

Digər press-relizlər