Please ensure Javascript is enabled for purposes of website accessibility

Milli və dünya mədəniyyətinə həsr olunan yeni layihə

“ASAN xidmət”, YARAT! Müasir İncəsənət Məkanı,  Beynəlxalq Muğam mərkəzi və “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə yeni layihəyə start verilir.

Layihə çərçivəsində incəsənət sahəsində tanınmış ekspertlər tərəfindən ümumi mühazirələr keçiriləcəkdir. Azərbaycan və dünya mədəniyyətinə, incəsənətinə həsr olunacaq mühazirələrdə “ASAN xidmət” mərkəzlərinin əməkdaşları, könüllüləri və vətəndaşların iştirakı nəzərdə tutulub. Mühazirələr həftə ərzində birdəfə olmaqla Beynəlxalq Muğam mərkəzində təşkil olunacaqdır.

Bu çərçivədə ilk mühazirə 26 sentyabr 2014-cü il tarixində saat 19:00-da sənətşünaslıq üzrə fəlsəfə doktoru Əsmər Abdullayeva tərəfindən keçiriləcəkdir. Mühazirənin mövzusu İncəsənətlə tanışlıq başlığı altındadır. Silsilə mühazirələr iştirakçıların milli və dünya incəsənəti ilə bağlı biliklərinin artırılmasına yönəlib.

Mühazirələr aşağıdakı proqram üzrə keçiriləcəkdir.

1.            İxtisasa giriş   - 26 Senytabr 2014-cü il

2.            Azərbaycan memarlıq məktəbləri- 5 Oktyabr 2014-cü il

3.            Azərbaycan incəsənəti orta əsrlərdə-  12 Oktyabr 2014-cü il

4.            Azərbaycan miniatür incəsənəti - 19 Oktyabr 2014-cü il

5.            Rus avanqardı (suprematizm) - 26 Oktyabr 2014-cü il

6.            İmpressionizm, postimpressionizm, kubizm -  2 Noyabr 2014-cü il

7.            Səttar Bəhlulzadə - 9 Noyabr 2014-cü il

8.            Azərbaycan Sovet incəsənəti 90-cı illərədək - 16 Noyabr 2014-cü il

9.            Azərbaycan incəsənəti 50-80-ci illər (nonkonformistlər)-  23  Noyabr 2014-cü il

10.          Azərbaycan müasir incəsənəti 90-ci illərdən bugünədək - 30 Noyabr 2014-cü il

 

Qeyd : Tədbirdə iştirak etmək istəyən şəxslər ad, soyad və əlaqə nömrələrini a.abbasova@asan.gov.az ünvanına göndərməklə qeydiyyatdan keçə bilərlər.

 

A- A A+

Digər press-relizlər