Please ensure Javascript is enabled for purposes of website accessibility

Latviya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri “ASAN xidmət”də

22 fevral 2018-ci il tarixində Latviya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Yuris Maklakovs “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Qonağı salamlayan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov "ASAN xidmət" mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Bildirilib ki, bu günədək 20 milyon vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, "ASAN xidmət" Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

Görüş çərçivəsində həmçinin, “ABAD” publik hüquqi şəxs barədə söhbət açılıb və iki ölkə arasındakı mümkün əməkdaşlıq perspektivləri müzakirə edilib.

Yaradılmış şərait və iş prinsipi ilə tanış olan səfir "ASAN xidmət"ə gələcək fəaliyyətində uğurlar arzulayıb.

A- A A+

Digər press-relizlər