İmişli “ASAN Həyat” kompleksində konsert təşkil olunacaq

9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə İmişli “ASAN Həyat” kompleksində konsert proqramı təşkil olunacaq.

İmişli Rayon İcra Hakimiyyəti və “ASAN xidmət”in birgə təşkilatçılığı, ASAN Radionun media dəstəyi ilə gerçəkləşəcək konsert sakinlərə əsl bayram əhval-ruhiyyəsi yaşadacaq.

Konsert proqramında Əməkdar artist Tünzalə Ağayeva səhnədə bir–birindən möhtəşəm mahnılarını ifa edəcək. Daha sonra bayram proqramı DJ-lərin ifası ilə davam etdiriləcək.

“ASAN Həyat” konsepsiyası “ASAN xidmət” mərkəzi ilə yanaşı, ictimai iaşə obyektlərini də özündə birləşdirir. Belə ki, vətəndaşlar operativ və nümunəvi xidmətlə yanaşı, bu konseptin istirahət və əyləncə imkanlarından da istifadə edirlər. “ASAN Həyat” kompleksi vətəndaş rahatlığı üçün həyat standartlarının yaxşılaşdırılmasına xidmət edən müxtəlif həlləri əhatə edir.

A- A A+

Digər press-relizlər