Please ensure Javascript is enabled for purposes of website accessibility

Data yönümlü Big Data Analytics hackatonu təşkil olunub

29 iyun 2018-ci il tarixində “ASAN xidmət”in tərəfdaşlığı, ADA Universitetinin təşkilatçılığı, PAŞA Bankın sponsorluğu ilə Azərbaycanda ilk dəfə data yönümlü Big Data Analytics hackatonu keçirilib.

Hackatonun məqsədi data elmləri üzrə tədqiqatçılar, biznes analitiklər, proqramçılar, vizuallaşdırma üzrə mütəxəssislər və digər bu sahə ilə maraqlı olan akademik, biznes və ictimai sektorlardan olan fərdləri analitik və maşın öyrənmə üsulları tətbiq edərək real sənaye problemlərini həll etməyə cəlb etməkdir.

ADA universitetində keçirilən tədbirin açılış mərasimində “ASAN xidmət” və PAŞA Bankın nümayəndələri çıxış edərək, dövlət və dövlət qurumları üçün datanın əhəmiyyətindən, rəqəmsal mədəniyyətdən, datanın rəqəmsal transformasiyadakı rolundan data əsaslı innovativ həllərin uğurlu nəticələr verdiyindən bəhs edərək, yarış iştirakçılarına uğurlar arzuyıblar. ADA Universiteti nümayəndələri də öz növbəsində universitetin böyük həcmli data və data analitika üzrə tədqiqat və təhsil yönümlü layihələri barədə məlumat veriblər.

Yarış iştirakçılarına “ASAN xidmət” və PAŞA Bank əməkdaşları tərəfindən təqdim olunan problemlər, həmçinin, hackathonun qaydaları izah olunaraq 24 saatlıq hackathona start verilib. Hackatonda yarış iştirakçıları 24 saat ərzində öz bilik və bacarıqlarını ortaya qoyaraq ictimaiyyət və bank sektoruna aid real problemləri müxtəlif analiz və maşın öyrənmə üsulları tətbiq edərək həll ediblər.

İki gün davam edən hackatonun sonunda iştirakçılar öz həlləri ilə çıxışlar ediblər.

Sonda “ictimai” sektor üzrə qalib gəlmiş komanda “ASAN xidmət” tərəfindən mükafatlandırılıb.

A- A A+

Digər press-relizlər