Please ensure Javascript is enabled for purposes of website accessibility

AZINNEX-in İdarə Heyətinin növbəti görüşü keçirilib

29 mart 2018-ci il tarixində “Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu”nun (AZINNEX) İdarə Heyətinin növbəti görüşü keçirilib.

Görüşdə hesabat təqdim edilib və hesabatda AZINNEX tərəfindən son ay ərzində aparılan işlər haqqında ətraflı məlumat verilib.

Mart ayında AZINNEX bir sıra yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq istiqamətində öz fəaliyyətini daha da genişləndirib. Əsas məqsəd Azərbaycanın innovasiya məhsullarının yeni bazarlara çıxarılması, ixrac zonasının daha da genişləndirilməsidir. Həmçinin, görüşdə AZINNEX-in yenilənmiş veb-saytı və korporativ jurnalı təqdim edilib.

Bundan başqa AZINNEX-in Özbəkistan nümayəndəliyinin açılması üzrə işlər davam etdirilir. İdarə Heyətinin üzvləri tərəfindən nümayəndəliyin Özbəkistanda planlaşdırılan fəaliyyəti geniş müzakirə olunub.

Daha sonra yerli qanunvericilikdə baş verən yeniliklər, xüsusilə də, Azərbaycan Respublikası Prezidentinin 9 mart 2018-ci il tarixli “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) arasında xidmətlərin göstərilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə" Fərmanı və 14 mart 2018-ci il tarixli “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanı barədə şirkətlər tərəfindən müzakirələr edilib. O cümlədən, Konsorsium üzvlərinin bu istiqamətdə gələcək fəaliyyətləri barədə geniş fikir mübadiləsi aparılıb.

İdarə Heyətinin iclası aprel ayına planlaşdırılan strateji, təşkilati və inzibati məsələlərin müzakirəsi ilə yekunlaşıb.

A- A A+

Digər press-relizlər