Please ensure Javascript is enabled for purposes of website accessibility

Avropa İttifaqının komissarı “ASAN xidmət” mərkəzi ilə tanış olub

8 aprel 2015-ci il tarixində Azərbaycanda səfərdə olan Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə komissarı Yohannes Hanın rəhbərlik etdiyi nümayəndə heyəti 3 saylı "ASAN xidmət" mərkəzində olub.

Qonaqları salamlayan Dövlət Agentliyinin sədri  İnam Kərimov “ASAN xidmət”-in yaradılması və fəaliyyət məqsədləri barədə məlumat verib. Qeyd olunub ki,  şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”-in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Qonaqlar dövlət xidmətlərinin göstərilməsi sahəsində “ASAN xidmət” konsepsiyasının örnək model olduğunu və bu təcrübənin digər ölkələrdə tətbiqinin əhəmiyyətini vurğulayıblar.

“ASAN xidmət” mərkəzlərininin vətəndaşların yüksək etimadını qazandığı və 4 000 000-dan çox müraciətin qəbul olunduğu qonaqların diqqətinə çatdırılıb.

“ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olan qonaqlar mərkəzə və əməkdaşlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

 

A- A A+

Digər press-relizlər