Please ensure Javascript is enabled for purposes of website accessibility

“ASAN xidmət” yeni zirvələr fəth edəcəkdir!

16 avqust 2013-cü il tarixində  “Murov”  Ekstremal İdman klubunun rəhbəri Emil Vəliyev  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və onun tabeliyində olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin binası və fəaliyyəti ilə tanış olmuşdur.

Qonağı salamlayan Dövlət Agentliyinin Aparatının rəhbəri  Mahir Məlikov 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin yaradılması, tarixçəsi, məqsədləri, inkişaf yolu, həyata keçirdiyi xidmət növləri, həmçinin gələcək planlara dair geniş məlumat vermişdir. Daha sonra M. Məlikov qonağın xahişini yerinə yetirərək “ASAN xidmət”in bayrağını ona təqdim etmişdir.

E.Vəliyev dəyərli hədiyyəyə görə təşəkkür etmiş və qeyd etmişdir ki, bugünlərdə Bazardüzü ekspedisiyası zamanı “ASAN xidmət” in bayrağının həmin zirvədə dalğalandırılması nəzərdə tutulur. O  həmçinin “ASAN xidmət”in bayrağının növbəti ekspedisiyalar zamanı yeni zirvələrdə dalğalanacağını diqqətə çatdırmışdır.

Foto: “ASAN xidmət” yeni zirvələr fəth edəcəkdir!

 

A- A A+

Digər press-relizlər