Please ensure Javascript is enabled for purposes of website accessibility

“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində 3 gün qeyri-iş günü olacaq

Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni İl bayramı ilə əlaqədar 31 dekabr – 2 yanvar tarixində “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.

3 yanvar tarixindən etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Hazırda 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir.

Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.

A- A A+

Digər press-relizlər