Please ensure Javascript is enabled for purposes of website accessibility

“ASAN xidmət” in könüllüləri Heydər Əliyev Mərkəzlərində

“ASAN xidmət” mərkəzlərinin könüllülərinin iştirakı ilə regionlarda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzlərində tədbirlərin təşkil olunması ilə bağlı “Tədbirlər planı” hazırlanıb və bu ilin iyun ayından icrasına başlanılıb. Bu tədbirlər ulu öndərin siyasi kursunun, Azərbaycançılıq və dövlətçilik ideologiyasının təbliğ olunması, həmçinin region gənclərinin təcrübə imkanlarının, bilik və bacarıqlarının artırılması, könüllülük fəaliyyətinin təşviqi məqsədi ilə təşkil edilir.

Mərkəzlərdə avqust ayı ərzində ümümilikdə 31 tədbir keçirilib və bu faəliyyətlərdə 600-ə yaxın gənc iştirak edib. O cümlədən, Bərdə rayon Heydər Əliyev Mərkəzində 6 tədbir, Sabirabad rayon Heydər Əliyev Mərkəzində 9 tədbir, Quba rayon Heydər Əliyev Mərkəzində 6 tədbir, Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində 5, Qəbələ rayon Heydər Əliyev Mərkəzində 6 tədbir gerçəkləşib.
Tədbirlər dövlətçilik, vətənpərvərlik, şəxsi inkişaf, mədəniyyət, sosial, təhsil və ekologiya istiqamətləri üzrə təlim, seminar, yarış və müzakirə formatında təşkil olunur.

A- A A+

Digər press-relizlər