Please ensure Javascript is enabled for purposes of website accessibility

“ASAN xidmət”in “Çağrı” mərkəzinin yeni ofisinin açılışı olub

10 avqust 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Çağrı” mərkəzinin yeni inzibati ofisinin açılışı olub.

1 fevral 2013- cü il tarixindən fəaliyyətə başlayan “Çağrı” mərkəzi “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə bağlı informasiya xidmətinin göstərilməsini, xidmətlərlə bağlı şikayət və təkliflərin qəbul olunmasını həyata keçirir.

2000 kv.m-ə yaxın sahəni əhatə edən yeni “Çağrı” mərkəzi Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 157 ünvanında yerləşir. Mərkəzdə 2 xidmət zalı, 8 işçi otağı, 1 müdir otağı, təlim və iclas otaqları, server və istirahət otağı, mətbəx mövcuddur. Mərkəz səsboğucu funksiyaları nəzərə alınmaqla masalar, kompyuterlər, zəruri proqram təminatları, qanunvericilik bazası, müraciət edənlər barədə asan və tez məlumat almaq imkanı olan məlumat bazası, qulaqlıq və mikrofon kimi müasir texniki və digər avadanlıqlarla təchiz olunub. Xidmətdə ən son yeniliklər tətbiq olunub, geniş imkanları olan Cisco UCCE telefoniya sistemindən istifadə edilir.

Xidmət zallarında ümumi olaraq 100 əməkdaşın fəaliyyəti nəzərdə tutulub.

Bu günə qədər ümumilikdə 2.500 000-ə yaxın müraciət qəbul olunub. Hazırda 108 “Çağrı” mərkəzi vasitəsi ilə müraciətlərin qəbulu həftənin bazar ertəsi- cümə günləri saat 10:00-dan 19:00-dək, şənbə günü 10:00-dan 14:00-dək həyata keçirilir. Eyni zamanda bayram və istirahət günlərində 24 saat avtomatlaşdırılmış rejimdə səsli məlumatlandırma sistemi vasitəsilə xidmət göstərilir.

Respublikanın istənilən regionundan stasionar telefonlardan «108» nömrəsini yığmaqla “Çağrı” mərkəzinin xidmətlərindən ödənişsiz yararlanmaq mümkündür.

A- A A+

Digər press-relizlər