Please ensure Javascript is enabled for purposes of website accessibility

“ASAN xidmət”ə 25 milyonuncu müraciət

“ASAN xidmət”ə 25 milyonuncu vətəndaş müraciəti qeydə alınıb.

Bu müraciət 5 saylı Bakı “ASAN xidmət” mərkəzinə Bənövşə Rzayeva tərəfindən edilib. O, Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidmətindən yararlanıb.

25 milyonuncu müraciətin sahibi kimi Bənövşə Rzayeva Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev tərəfindən təşəkkürnamə və simvolik hədiyyələrlə mükafatlandırılıb.

Hazırda 15 “ASAN xidmət” mərkəzi mövcuddur. Onlardan 5-i paytaxt Bakı şəhərində olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir. Bundan başqa, regionlarda 10 Səyyar “ASAN xidmət” avtobusu və Səyyar ASAN qatar vasitəsilə vətəndaşlara səyyar formada xidmətlər göstərilir.

A- A A+

Digər press-relizlər