Please ensure Javascript is enabled for purposes of website accessibility

“ASAN Viza” TİMATİC nəşrində

Viza qaydalarının beynəlxalq bilet satış agentləri vasitəsilə sərnişinlərə və xarici hava limanlarında xidmət personallarına tam çatdırılması məqsədilə Beynəlxalq Hava Nəqliyyat Assosasiyasının (İATA) 1963-cü ildən nəşr olunan TİMATİC nəşrinin May 2018 buraxılışında “ASAN Viza” haqqında məlumat dərc olunub.

Nəşrdə ölkələrə vizanın verilməsi müddəti, eyni zamanda ASAN Viza vasitəsilə hava limanında 15 ölkənin - Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Çin, İran, İsrail, İndoneziya, Küveyt, Qətər, Malaziya, Oman, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə və Yaponiya vətəndaşları üçün birbaşa vizaların verilməsi və digər məlumatlar qeyd olunub.

Qeyd edək ki, Timatic sərhədkeçmə qaydalarının tələblərinin yerləşdirildiyi məlumat bazasıdır. Beynəlxalq aviaşirkətlər və hava limanları tərəfindən geniş şəkildə istifadə edilir və bu sahədə etibarlı mənbə sayılır.

A- A A+

Digər press-relizlər