Please ensure Javascript is enabled for purposes of website accessibility

"ASAN Ödəniş" sistemindən daha bir yenilik

Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2014-cü il tarixli 110 nömrəli Fərmanına əsasən yaradılmış “ASAN ödəniş” sistemi əhaliyə daha bir yenilik təqdim edir.

Belə ki, vətəndaş əlçatanlığının təmin edilməsi məqsədi ilə bütün ödəniş portallarının və ödəniş terminallarının, eləcə də elektron bankçılıq xidmətlərinin “ASAN Ödəniş” sisteminə inteqrasiya imkanları yaradılıb.

Bu imkandan istifadə etməklə artıq vətəndaşlar hesab.az və e-pul.az ödəniş portalları vasitəsilə cərimə ödənişlərini həyata keçirə bilərlər. Yaxın zamanda portmanat.az ödəmə portalı, Milli Ön və e-Manat ödəniş terminalları vasitəsilə də cərimələrin ödənişi mümkün olacaqdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnoavsiyalar üzrə Dövlət Agentliyi “ASAN Ödəniş” sisteminin infrastruktur imkanlarının genişləndirilməsi və digər dövlət ödənişlərinin çeşidinin artırılması istiqamətində tədbirləri bundan sonra da davam etdirəcəkdir.

Qeyd edək ki, hazırda 30 mərkəzi icra hakimiyyəti, 79 yerli icra hakimiyyəti və 5 publik hüquqi şəxs olmaqla 114 dövlət qurumunun inzibati cərimələrinin elektron qaydada ödənilməsi “ASAN ödəniş” sisteminin asanpay.az ödəmə portalı və terminalları vasitəsi ilə təmin edilir.

A- A A+

Digər press-relizlər