Please ensure Javascript is enabled for purposes of website accessibility

“Aqrolizinq” ödənişləri “ASAN”laşdı !

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Kənd Təsərrüfatı Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində “Aqrolizinq” ASC-nin lizinq ödənişlərinin “ASAN Ödəniş” dövlət informasiya sisteminə inteqrasiyası üzrə işlər uğurla başa çatdırılıb. Artıq vətəndaşlar və hüquqi şəxslər lizinq ödənişlərini “ASAN Ödəniş” portalı vasitəsilə də həyata keçirə bilərlər.

Növbəti mərhələdə vətəndaşlar və hüquqi şəxslər “ASAN Ödəniş” dövlət informasiya sisteminə qoşulmuş istənilən bank, poçt şöbələri ödəniş portalları və terminalları vasitəsi ilə lizinq ödənişlərini həyata keçirə biləcəklər.

“ASAN Ödəniş” dövlət informasiya sistemi Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2014-cü il tarixli 110 nömrəli Fərmanına əsasən yaradılıb. Hazırda 30 mərkəzi icra hakimiyyəti, 79 yerli icra hakimiyyəti və 5 publik hüquqi şəxs olmaqla 114 dövlət qurumunun inzibati cərimələrinin, kommunal xidmətlərin ödənilməsi “ASAN ödəniş” dövlət informasiya sisteminin www.asanpay.az ödəniş portalı və terminalları eləcə də, www.hesab.az, www.e-pul.az, www.portmanat.az ödəniş portalları, “e-Manat” və “Milli Ön” ödəniş terminalları vasitəsi ilə təmin edilir.

A- A A+

Digər press-relizlər