Please ensure Javascript is enabled for purposes of website accessibility

Almaniyanın Lüdviqshafen şəhərinin nümayəndə heyəti “ASAN xidmət”də

16 aprel 2015-ci il tarixində Almaniyanın Lüdviqshafen şəhərindən gələn rəsmi nümayəndə heyəti Sumqayıt “ASAN xidmət” mərkəzi ilə tanış olub.

Qonaqlara “ASAN xidmət”-in yaradılması və fəaliyyət məqsədləri barədə məlumat verilib, bu konsepsiyanın  dövlət xidmətlərinin göstərilməsi üzrə Azərbaycan modeli olduğu bildirilib. Qeyd olunub ki,  şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”-in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

“ASAN xidmət” təcrübəsinin dövlət xidmətlərinin həyata keçirilməsi baxımından digər ölkələrdə də tətbiqinin müstəsna əhəmiyyəti vurğulanıb.

Mərkəzlərdə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində arzuolunan nəticələrin əldə edildiyi və 4 000 000-dan çox müraciətin daxil olduğu qonaqların diqqətinə çatdırılıb.

 “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olan nümayəndə heyəti qonaqpərvərliyə görə öz minnətdarlığımı bildirib, mərkəzə və əməkdaşlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

 

A- A A+

Digər press-relizlər