Please ensure Javascript is enabled for purposes of website accessibility

Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri “ASAN xidmət” mərkəzi ilə tanış olmuşdur

28 fevral 2014-cü il tarixində Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri  Haydrun Tempel Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Sumqayıt “ASAN xidmət” mərkəzinin binası və fəaliyyəti ilə tanış olmuşdur.

Qonağa “ASAN xidmət” mərkəzlərinin yaradılması tarixçəsi, məqsədləri, inkişaf yolu, həyata keçirdiyi xidmət növləri, həmçinin gələcək planlara dair geniş məlumat vermişdir. Qeyd edilmişdir ki, Azərbaycanın məhsulu və brendi olan “ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, müasir texnologiyaların tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılmasıdır. Sumqayıt “ASAN xidmət” mərkəzinin Sumqayıt şəhəri ilə yanaşı Abşeron, Xızı, Siyəzən və Şabran rayonlarının sakinlərinə də xidmət göstərməsi qonağın diqqətinə çatdırılmışdır.

Bildirilmişdir ki, “ASAN xidmət” təcrübəsinin özünəməxsus hüquqi strukturu bir çox beynəlxalq tərəfdaşlar və ekspertlər tərəfindən yüksək qiymətləndirilir və bu təcrübəni “Azərbaycan modeli” olaraq xüsusi təqdim edilir. Diqqətə çatdırıldı ki, “ASAN xidmət” mərkəzlərində indiyədək 1200000-dən çox vətəndaşa xidmət göstərilmişdir.

Qonaq Azərbaycan və Almaniya Federativ Respublikası arasında həyata keçirilən uğurlu əməkdaşlıqdan bəhs edərək yeni yaradılmış və mühüm məsələlərin icrasını təmin edən Dövlət Agentliyinin bu əməkdaşlıqda xüsusi yer tutacağına ümid etdiyini  bildirmişdir. “ASAN xidmət” mərkəzində yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaq buradakı əməkdaşların peşəkar yanaşmasını yüksək qiymətləndirmiş, mərkəzə gələcək fəaliyyətində uğurlar arzulamışdır.
 

 

A- A A+

Digər press-relizlər