Please ensure Javascript is enabled for purposes of website accessibility

1 saylı Bakı “ASAN xidmət” mərkəzi 2 gün işləməyəcək

12-13 sentyabr tarixlərində Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsi 36 ünvanında yerləşən 1 saylı Bakı “ASAN xidmət” mərkəzi görülən profilaktik tədbirlər ilə əlaqədar xidmət göstərməyəcək.

Vətəndaşlar qeyd olunan tarixlərdə onlara daha yaxın Bakı şəhərində yerləşən digər “ASAN xidmət” mərkəzlərinə müraciət edərək xidmətlərdən yararlana bilərlər.

Qeyd edək ki, "ASAN xidmət" mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir. 

 

A- A A+

Digər elanlar