Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyi
az | en

“ASAN xidmət” mərkəzinə müraciət etməklə hansı rayonlara qeydiyyata düşmək olar?

Bakı şəhəri ərazisində yaşayan hər bir vətəndaş istədiyi ünvanda yerləşən Bakı “ASAN xidmət” mərkəzlərinə qeydiyyat ilə bağlı müraciət edə bilər.

Sumqayıt “ASAN xidmət” mərkəzində (ünvan: Sumqayıt şəhəri, 15-ci məhəllə Bakı küçəsi 42D) Azərbaycan Respublikasının istənilən ərazisindən Sumqayıt şəhəri, Abşeron, Xızı, Şabran, Siyəzən, Quba, Qusar, Xaçmaz, Qobustan, Şamaxı rayonlarından hər hansı birinə qeydiyyata alınma ilə bağlı xidmət göstərilir.

Gəncə “ASAN xidmət” mərkəzində (ünvan: Gəncə şəhəri, Heydər Əliyev prospekti 87A) Azərbaycan Respublikasının istənilən ərazisindən Gəncə və Naftalan şəhəri, Samux, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Şəmkir rayonlarından hər hansı birinə qeydiyyata alınma ilə bağlı xidmət göstərilir.

Sabirabad "ASAN xidmət" mərkəzində (ünvan: Sabirabad rayonu, Heydər Əliyev prospekti 128) Azərbaycan Respublikasının istənilən ərazisindənSabirabad rayonu, Saatlı, İmişli, Kürdəmir, Hacıqabul, Şirvan, Salyan, Beyləqan və Füzuli rayonlarından hər hansı birinə qeydiyyata alınma ilə bağlı xidmət göstərilir.

Bərdə "ASAN xidmət" mərkəzində (ünvan: Bərdə, Heydər Əliyev prospekti 100) Azərbaycan Respublikasının istənilən ərazisindən Bərdə rayonu, Ağdam, Ağcabədi, Laçın, Yevlax və Tərtər rayonlarından hər hansı birinə qeydiyyata alınma ilə bağlı xidmət göstərilir.