Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyi
az | en

Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi

Xidmətlə bağlı ödəniş sahəsi:

Xidməti həyata keçirən orqan:

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi

Ümumvətəndaş pasportunun verilməsi

Zəruri olan sənədlərin siyahısı:

  • vətəndaşın şəxsiyyət vəsiqəsi;
  • dövlət rüsumunun ödənilməsi barədə sənəd;
  • 18 yaşına çatmamış uşaqların valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı;
  • 18-35 yaş hədlərində hərbi mükəlləfiyyətdən azad edilmə barədə hərbi biletin surəti və ya möhlət hüququ verilməsi qeydi ilə bağlı çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqənin surəti (əsli ilə birlikdə).

Pasport Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxsin (şəxslərin) təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun (valideyninin, ərinin (arvadının), övladının, qardaşının, bacısının, onların övladlarının, babasının, nənəsinin, nəvəsinin, babanın (nənənin) atasının və ya anasının, əmisinin, dayısının, xalasının, bibisinin, onların övladlarının, qayınatasının, qayınanasının, qaynının, baldızının) ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda iki iş günü müddətində verildikdə - həmin faktlar aşağıdakı sənədlərdən biri ilə təsdiq edilməlidir:

- təcili olaraq müalicə olunma zərurətini təsdiq edən səhiyyə orqanının məktubu;

- təcili olaraq müalicəyə qəbul edilmənin zəruriliyi barədə xarici ölkənin tibb müəssisəsinin məktubu (eyni zamanda xəstənin yaşayış yeri üzrə tibb müəssisəsinin tibbi rəyidə təqdim olunmalıdır);

- qohumun ağır xəstəliyi və ya ölümü faktını təsdiq edən xarici ölkənin tibb müəssisəsinin arayışı.

Pasport 15 yaşı tamam olmamış vətəndaşa verildikdə:

- qan qrupu haqqında tibbi arayış (uşağın fərdi identifikasiya kartı təqdim edildikdə bu sənəd tələb olunmur);

- valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürəninin, himayəçisinin və ya qəyyumunun hüquqlarını təsdiq edən sənəd.

Qeyd: 

15 yaşı tamam olmamış vətəndaşa ümumvətəndaş pasportu verilərkən ərizə-anketi yalnız onun valideynləri, valideyn himayəsindən məhrum olmuş uşaqların isə digər qanuni nümayəndələri imzalayırlar.

15 yaşdan 18 yaşadək olan vətəndaşın ərizə-anketini onun özü və ya qanuni nümayəndəsi verə bilər. Hər iki halda ərizə-anketdə 15 yaşdan 18 yaşadək olan vətəndaşın imzası olmalıdır.

Vətəndaşın əl-barmaq izlərinin götürülməsi, habelə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəklinin çəkilməsi pasportu verən orqanda həyata keçirilir. 15 yaşı tamam olmamış vətəndaşlardan əl-barmaq izi götürülmür.

Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş vətəndaşa ümumvətəndaş pasportunun verilməsi üçün sənədləri onun qanuni nümayəndəsi təqdim edir. Bu zaman şəxs qanuni nümayəndəlik hüququnu təsdiq edən sənədləri də təqdim etməlidir.

Ümumvətəndaş pasportunun dəyişdirilməsi

Ümumvətəndaş pasportunun etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə və ya pasport, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, pasportun dəyişdirilməlidir. Pasportun dəyişdirilməsi vətəndaşın fotoşəkli pasportu verən orqanda çəkilməklə, lakin qan qrupu haqqında tibbi arayış tələb edilmədən aşağıdakı sənədlər əsasında həyata keçirilir:

  • vətəndaşın şəxsiyyət vəsiqəsi;
  • dövlət rüsumunun ödənilməsi barədə sənəd;
  • 18 yaşına çatmamış uşaqların valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı;
  • 18-35 yaş hədlərində hərbi mükəlləfiyyətdən azad edilmə barədə hərbi biletin surəti və ya hərbi komissarlıq tərəfindən möhlət hüququ verilməsi qeydi ilə bağlı çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqənin surəti (əsli ilə birlikdə).

Pasport Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxsin (şəxslərin) təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun (valideyninin, ərinin (arvadının), övladının, qardaşının, bacısının, onların övladlarının, babasının, nənəsinin, nəvəsinin, babanın (nənənin) atasının və ya anasının, əmisinin, dayısının, xalasının, bibisinin, onların övladlarının, qayınatasının, qayınanasının, qaynının, baldızının) ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda iki iş günü müddətində verildikdə - həmin faktlar aşağıdakı sənədlərdən biri ilə təsdiq edilməlidir:

- təcili olaraq müalicə olunma zərurətini təsdiq edən səhiyyə orqanının məktubu;

- təcili olaraq müalicəyə qəbul edilmənin zəruriliyi barədə xarici ölkənin tibb müəssisəsinin məktubu (eyni zamanda xəstənin yaşayış yeri üzrə tibb müəssisəsinin tibbi rəyidə təqdim olunmalıdır);

- qohumun ağır xəstəliyi və ya ölümü faktını təsdiq edən xarici ölkənin tibb müəssisəsinin arayışı.

15 yaşı tamam olmamış vətəndaşın pasportu dəyişdirildikdə:

- qan qrupu haqqında tibbi arayış (uşağın fərdi identifikasiya kartı təqdim edildikdə bu sənəd tələb olunmur);

- valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürəninin, himayəçisinin və ya qəyyumunun hüquqlarını təsdiq edən sənəd.

Qeyd: 

15 yaşdan 18 yaşadək olan vətəndaşın ərizə-anketini onun özü və ya qanuni nümayəndəsi verə bilər. Hər iki halda ərizə-anketdə 15 yaşdan 18 yaşadək olan vətəndaşın imzası olmalıdır.

Qeyd: 

Elektron daşıyıcısı olmayan ümumvətəndaş pasportları dəyişdirilərkən vətəndaşın əl-barmaq izləri götürülür.

Etibarlıq müddəti qurtarmış pasport müvafiq dövlət orqanına təhvil verilir. 

Dövlət rüsumunun məbləği:

Azərbaycan Respublikası vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə

  • on iş günü müddətində verildikdə və ya dəyişdirildikdə, yaxud Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda iki iş günü müddətində verildikdə və ya dəyişdirildikdə:

- bir yaşınadək uşaqlar üçün - 10 manat;                                                        

- bir yaşından üç yaşınadək uşaqlar üçün - 20 manat;                                   

- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 30 manat;                            

- on səkkiz yaşına çatmış vətəndaşlara - 40 manat.                                      

  • beş iş günü müddətində verildikdə və ya dəyişdirildikdə:    

- bir yaşınadək uşaqlar üçün  - 20 manat;                                                        

- bir yaşından üç yaşınadək uşaqlar üçün  - 40 manat;                                        

- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 60 manat;                            

- on səkkiz yaşına çatmış vətəndaşlara  - 80 manat.                                         

  • bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə:

- bir yaşınadək uşaqlar üçün - 40 manat;                                                         

- bir yaşından üç yaşınadək uşaqlar üçün - 80 manat;                                       

- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 120 manat;                             

- on səkkiz yaşına çatmış vətəndaşlara - 160 manat.            

Qeyd: 

Ümumvətəndaş pasportunda, o cümlədən onun elektron daşıyıcısında göstərilən məlumatlarda səhv müəyyənləşdirildikdə, həmin pasport təqdim edildiyi vaxtdan bir gün müddətində dövlət rüsumu alınmadan dəyişdirilir.                          

Pasportun itirilməsinə və ya qəsdən korlanmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən 30 manat miqdarında cərimə edilir.


Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi zamanı fotoşəkil mərkəz daxilində xüsusi avadanlıq vasitəsilə çəkilir.