Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyi
Hörmətli vətəndaşlar! Ramazan Bayramı və Silahlı Qüvvələr Günü münasibəti ilə 26, 27, 28 iyun “ASAN xidmət” mərkəzlərində, 25, 26, 27, 28 iyun tarixlərində isə "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günüdür.
az | en

Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi

Xidmətlə bağlı ödəniş sahəsi:

Xidməti həyata keçirən orqan:

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi



Vətəndaşların şəxsiyyət vəsiqəsinin verilməsi

Şəxsiyyət vəsiqəsinin 2 növü vardır:

1) 16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi;
2) 16 yaşına çatdıqdan sonra vətəndaşa verilən şəxsiyyət vəsiqəsi.

16 yaşına çatmamış vətəndaşlara şəxsiyyət vəsiqəsi qanuni nümayəndəsi müraciət etdikdən sonra aşağıdakı sənədlər əsasında verilir:

  • Ərizə-anket (Ərizə-anket formasının səhifələri eyni vərəqin hər iki tərəfində çap olunmalıdır);
  • Doğum haqqında şəhadətnamə;
  • Qan qrupu haqqında tibbi arayış və ya Elektron Sağlamlıq Kartı;
  • Yaşayış sahəsinə köçmək  üçün  əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına  alınması  haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə  müqaviləsi, vətəndaşa  yaşayış sahəsi verən şəxsin ərizəsi və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd);
  • Qanuni nümayəndənin hüquqlarını təsdiq edən sənəd.
16 yaşı tamam olmuş vətəndaşlara şəxsiyyət vəsiqəsi aşağıdakı sənədlər əsasında verilir:

  • Ərizə-anket (Ərizə-anket formasının səhifələri eyni vərəqin hər iki tərəfində çap olunmalıdır) (ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən göstərilən ərizə bir qayda olaraq valideynlərdən biri və ya qanuni nümayəndəsi ilə birgə imzalanır);
  • Şəxsiyyət vəsiqəsi (olduğu halda) və doğum haqqında şəhadətnamə; 
  • Şəxsiyyət vəsiqəsini alan şəxs evlidirsə,  nikahın bağlanması haqqında   şəhadətnamə, nikah pozulduqda nikahın pozulması  haqqında   şəhadətnamə;
  • Yaşayış sahəsinə köçmək  üçün  əsas  verən   sənəd (mülkiyyət   hüququnun   dövlət qeydiyyatına  alınması  haqqında  daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya  kirayə  müqaviləsi,  vətəndaşa  yaşayış sahəsi verən şəxsin ərizəsi və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd);
  • Tibbi arayış (qan qrupu, boyu, gözün rəngi);
  • 2 ədəd fotoşəkil (bir neqativdən eyni ölçüdə çıxarılmış (rəngli 3x4), sifətin papaqsız, gündəlik həyatda ona xas olan xarici görkəm və əlamətlərlə (eynək, saqqal, bığ və s.) yalnız öndən görünüşü təsvir edilmiş fotoşəkil);
  • Dövlət rüsumunun ödənilməsi barədə sənəd;
  • Şəxsiyyət vəsiqəsini almaq üçün şəxsin qanuni nümayəndəsi ərizə ilə müraciət etdikdə, qanuni nümayəndənin (valideynlərinin) hüquqlarını təsdiq edən sənədi;
  • İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqə və ya hərbi bilet (çağırışçılar və hərbi vəzifəlilər).
Vətəndaşların şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi

25, 35, 50 yaşına çatdıqda və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişdirildikdə və ya onun şəxsiyyət vəsiqəsində olan yazılar təhrif edildikdə, şəxsiyyət vəsiqəsi yararsız hala düşdükdə və ya itdikdə vətəndaş şəxsiyyət vəsiqəsini bir ay ərzində dəyişdirməlidir.

Azərbaycan Respublikası vətəndaşlarının 25, 35, 50 yaşına çatdıqda şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün zəruri olan sənədlər:

  • Ərizə-anket (Ərizə-anket formasının səhifələri eyni vərəqin hər iki tərəfində çap olunmalıdır);
  • Şəxsiyyət vəsiqəsi;
  • Dövlət rüsumunun ödənilməsi barədə sənəd;
  • Bir neqativdən eyni ölçüdə çıxarılmış, sifətin papaqsız, gündəlik həyatda ona xas olan xarici görkəm və əlamətlərlə (eynək, saqqal, bığ və s.) yalnız öndən görünüşü təsvir edilmiş 3x4 ölçüdə 2 (iki) ədəd rəngli fotoşəkil.

Azərbaycan Respublikası vətəndaşlarının ailə vəziyyəti dəyişdikdə şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün zəruri olan sənədlər:


  •  Ərizə-anket (Ərizə-anket formasının səhifələri eyni vərəqin hər iki tərəfində çap olunmalıdır);
  •  Şəxsiyyət vəsiqəsi;
  •  Dövlət rüsumunun ödənilməsi barədə sənəd;
  •  Bir neqativdən eyni ölçüdə çıxarılmış, sifətin papaqsız, gündəlik həyatda ona xas olan xarici görkəm və əlamətlərlə (eynək, saqqal, bığ və s.) yalnız öndən görünüşü təsvir edilmiş 3x4 ölçüdə 2 (iki) ədəd rəngli fotoşəkil;
  •  Ailə vəziyyəti dəyişdikdə - vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən verilmiş sənədlər (nikahın bağlanması və ya pozulması haqqında şəhadətnamə, ölüm haqqında şəhadətnamə).

Azərbaycan Respublikası vətəndaşlarının  vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün zəruri olan sənədlər:


  • Ərizə-anket (Ərizə-anket formasının səhifələri eyni vərəqin hər iki tərəfində çap olunmalıdır);
  • Şəxsiyyət vəsiqəsi;
  • Dövlət rüsumunun ödənilməsi barədə sənəd;
  • Bir neqativdən eyni ölçüdə çıxarılmış, sifətin papaqsız, gündəlik həyatda ona xas olan xarici görkəm və əlamətlərlə (eynək, saqqal, bığ və s.) yalnız öndən görünüşü təsvir edilmiş 3x4 ölçüdə 2 (iki) ədəd rəngli fotoşəkil;
  • Doğum haqqında şahədatnamə;
  • Adın, ata adının və soyadın dəyişdirilməsi barədə şəhadətnamə (soyad ailə vəziyyətinin dəyişməsi ilə əlaqədar dəyişdikdə nikahın bağlanması və ya pozulması haqqında şəhadətnamə).

Azərbaycan Respublikası vətəndaşlarının hərbi vəzifəsi dəyişdikdə şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün zəruri olan sənədlər:

 
  • Ərizə-anket (Ərizə-anket formasının səhifələri eyni vərəqin hər iki tərəfində çap olunmalıdır);
  • Şəxsiyyət vəsiqəsi;
  • Dövlət rüsumunun ödənilməsi barədə sənəd;
  • Bir neqativdən eyni ölçüdə çıxarılmış, sifətin papaqsız, gündəlik həyatda ona xas olan xarici görkəm və əlamətlərlə (eynək, saqqal, bığ və s.) yalnız öndən görünüşü təsvir edilmiş 3x4 ölçüdə 2 (iki) ədəd rəngli fotoşəkil;
  • Hərbi bilet və ya təhkim şəhadətnaməsi.
1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış vətəndaşlığı olmayan şəxslərin və onların «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək doğulmuş uşaqlarının şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi üçün zəruri olan sənədlər:

  • Ərizə-anket (Ərizə-anket formasının səhifələri eyni vərəqin hər iki tərəfində çap olunmalıdır);
  • Şəxsiyyət vəsiqəsi;
  • Dövlət rüsumunun ödənilməsi barədə sənəd (6 manat);
  • Bir neqativdən eyni ölçüdə çıxarılmış, sifətin papaqsız, gündəlik həyatda ona xas olan xarici görkəm və əlamətlərlə (eynək, saqqal, bığ və s.) yalnız öndən görünüşü təsvir edilmiş 3x4 ölçüdə 2 (iki) ədəd rəngli fotoşəkil;
  • Ailə vəziyyəti dəyişdikdə - vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən verilmiş sənədlər (nikahın bağlanması və ya pozulması haqqında şəhadətnamə, ölüm haqqında şəhadətnamə).

Azərbaycan Respublikası vətəndaşlarının  yaşayış yeri dəyişdikdə şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün zəruri olan sənədlər:


  • Ərizə-anket (Ərizə-anket formasının səhifələri eyni vərəqin hər iki tərəfində çap olunmalıdır);
  • Şəxsiyyət vəsiqəsi;
  • Dövlət rüsumunun ödənilməsi barədə sənəd;
  • Bir neqativdən eyni ölçüdə çıxarılmış, sifətin papaqsız, gündəlik həyatda ona xas olan xarici görkəm və əlamətlərlə (eynək, saqqal, bığ və s.) yalnız öndən görünüşü təsvir edilmiş 3x4 ölçüdə 2 (iki) ədəd rəngli fotoşəkil;
  • Ev, mənzil barədə müvafiq sənədlər (qeydiyyat vəsiqəsi, çıxarış, order);
  • Vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi;
  • Hərbi bilet və ya təhkim şəhadətnaməsi.

Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyət vəsiqələri itirildikdə zəruri olan sənədlər:


  • Ərizə-anket (Ərizə-anket formasının səhifələri eyni vərəqin hər iki tərəfində çap olunmalıdır);
  • Bir neqativdən eyni ölçüdə çıxarılmış, sifətin papaqsız, gündəlik həyatda ona xas olan xarici görkəm və əlamətlərlə (eynək, saqqal, bığ və s.) yalnız öndən görünüşü təsvir edilmiş 3x4 ölçüdə 2 (iki) ədəd rəngli fotoşəkil;
  • Dövlət rüsumunun ödənilməsi barədə sənəd.

Dövlət rüsumunun məbləği:

16 yaşına çatmamış vətəndaşlara şəxsiyyət vəsiqəsi verilərkən dövlət rüsumu alınmır.
16 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsinə görə:
 

on gün müddətində verildikdə və ya dəyişdirildikdə

5 manat

üç iş günü müddətində verildikdə və ya dəyişdirildikdə

25 manat

bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə

35 manat



Qeyd:

Şəxsiyyət vəsiqəsi itdikdə onun sahibi və ya vəsiqə sahibinin qanuni nümayəndəsi sənədi verən dövlət orqanına dərhal müraciət etməlidir.  

Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlərə malik olmadığı və ya belə sənədləri qanunsuz əldə etmələrinə əsaslı şübhələr olduğu təqdirdə, onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraat aparıla bilər.

Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün şəxsiyyət vəsiqəsinin verilməsinə görə qaçqınlar, məcburi köçkünlər, 16 yaşına çatmamış Azərbaycan Respublikasının vətəndaşları dövlət rüsumunu ödəməkdən azad olunurlar.  

Şəxsiyyət vəsiqəsinin itirilməsinə və ya qəsdən korlanmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən 30 manat miqdarında cərimə edilir.