Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyi
az | en

Sürücülük vəsiqələrinin dəyişdirilməsi

Xidmətlə bağlı ödəniş sahəsi:

Xidməti həyata keçirən orqan:

               Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi


"ASAN xidmət" mərkəzlərində sürücülük vəsiqəsi aşağıdakı hallarda dəyişdirilə bilər:

  1. Etibarlıq müddətinin qurtarması;
  2. Sahibinin soyadı, adı və ya atasının adının dəyişdirilməsi;
  3. Yazılarında dəqiqsizlik müəyyən edilməsi;
  4. Yararsız hala düşməsi;
  5. Yeni nümunəsinin Qanunla müəyyən edilmiş qaydada təsdiqi nəticəsində ölkədə sürücülük vəsiqələrinin dəyişdirilməsi.

Zəruri olan sənədlərin siyahısı:

  1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin qeydiyyata alınması haqqında vəsiqə və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi);
  2. Sürücülük vəsiqəsi (sürücülük vəsiqəsinin itirilməsinə görə onun dəyişdirilməsi halı istisna olmaqla);
  3. Qanunla müəyyən edilmiş dövlət rüsumunun ödənilməsi barədə sənəd (sürücülük vəsiqəsinin yazılarında dəqiqsizlik müəyyən edilməsi halı istisna olmaqla);
  4. 60 və daha çox yaşı olan şəxslər üçün, eləcə də siyahısı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən xəstəlikləri olan şəxslər üçün tibbi arayış.

Dövlət rüsumunun məbləği:

Sürücülük vəsiqəsinin dəyişdirilməsi - 18 manat.

Qeyd 1:

Sürücülük vəsiqəsinin dəyişdirilməsi sahibinin əvvəllər malik olduğu bütün kateqoriyalar saxlanılmaqla, imtahansız  həyata keçirilir.


Qeyd 2: 


“D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 23 yaşdan (65 yaşadək və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə beş ildən az olmamaq şərtilə);

“DE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 26 yaşdan (65 yaşadək və “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə üç ildən az olmamaq şərtilə)