Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyi
az | en

Məhkumluq barədə arayışların verilməsi

Xidməti həyata keçirən orqan:

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi

Məhkumluq barədə arayışların verilməsi üçün tələb olunan sənədlər:

1. Ərizəsi 

(ərizədə qeyd edilməlidir: ərizəçinin soyadı, adı, atasının adı; doğulduğu yer, tarix (gün, ay, il); vətəndaşlığı və yaşadığı ünvan; şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi, verilmə tarixi və onu verən orqan.);

2. Şəxsiyyəti təsdiq edən sənəd;

3. Etibarnamə (şəxsin özünün iştirakı mümkün olmadıqda).


Hər bir fiziki şəxs məhkumluq barədə arayışı yalnız özü haqqında ala bilər.

Şəxsin özünün iştirakı mümkün olmadıqda, onun ərizəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada etibarnamə ilə müvəkkil etdiyi şəxs tərəfindən təqdim olunur.

Yetkinlik yaşına çatmayan, qəyyumluq və himayəçilik təyin olunmuş şəxslərə məhkumluq barədə arayış onların valideynlərinin və digər qanuni nümayəndələrinin ərizələrinə əsasən verilir.

Sənədin verilmə müddəti:

Arayış dərhal verilir. Şəxsin məhkumluğu olduqda və bununla bağlı əlavə araşdırma zərurəti yarandıqda arayış 1 iş günü müddətində verilir.


Dövlət rüsumun məbləği:

Məhkumluq barədə arayışın verilməsi ödənişsizdir.