Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyi
Hörmətli vətəndaşlar! Ramazan Bayramı və Silahlı Qüvvələr Günü münasibəti ilə 26, 27, 28 iyun “ASAN xidmət” mərkəzlərində, 25, 26, 27, 28 iyun tarixlərində isə "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günüdür.
az | en

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələrin (təkrar şəhadətnamələrin) verilməsi

Zəruri olan sənədlərin siyahısı:

  1. Ərizə verən şəxsin şəxsiyyətini təsdiq edən sənəd;
  2. Ölənlər barəsində təkrar şəhadətnamənin alınması üçün qohumluq münasibətlərini təsdiq edən sənədlər (doğum, nikah haqqında şəhadətnamələr);
  3. Dövlət rüsumunun ödənilməsi barədə sənəd.

İştirak etməli olan şəxslərin siyahısı:

  1. Barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxsin özü;
  2. Yetkinlik yaşına çatmayanlar barəsində onların valideynləri, övladlığa götürənlər, qəyyumları və ya qəyyumluq və himayə orqanları; tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanları;
  3. Ölənlər barəsində - onların qanuni varisləri;
  4. Notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında səlahiyyətli şəxslər.

Dövlət rüsumunun məbləği:

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnəmələrin (təkrar şəhadətnamələrin) verilməsi üçün 2 manat dövlət rüsumu ödənilir.