Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyi
Hörmətli vətəndaşlar! Ramazan Bayramı və Silahlı Qüvvələr Günü münasibəti ilə 26, 27, 28 iyun “ASAN xidmət” mərkəzlərində, 25, 26, 27, 28 iyun tarixlərində isə "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günüdür.
az | en

Atalığın müəyyən edilməsinin qeydə alınması

Zəruri olan sənədlərin siyahısı:

1.  Atalığın müəyyən edilməsi üçün uşağın atasının və anasının (valideynlərin)
     birgə ərizəsi ;
2. Ərizə verən şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər;
3. Uşağın doğum haqqında şəhadətnaməsi;
4. Atalıq məhkəmə qaydasında müəyyən edilərsə qanuni qüvvəyə minmiş qətnamə;
5. Ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, ananın yaşayış yerini müəyyən etmək olmadıqda və ya o, valideynlik hüquqlarından məhrum edildikdə uşağın atasının ərizəsi ilə yanaşı:
     - qəyyumluq və himayə orqanlarının razılığını təsdiq edən sənəd;
     - ananın ölümü haqqında şəhadətnamə (surəti);
     - ananın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsindən çıxarış;
     - ananın valideynlik hüquqlarından məhrum olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsindən çıxarış;
     - ananın xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsindən çıxarış və ya onun yaşadığı yeri müəyyən etməyin mümkün olmamasını təsdiq edən daxili işlər orqanlarından müvafiq sənəd.

6. Yetkinlik yaşına çatmış şəxs barədə atalığ müəyyən olunduqda onun razılığı, həmin şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə isə onun qəyyumu və ya yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanının razılığı.

İştirak etməli olan şəxslərin siyahısı:

  1. Valideynlər (ata və ana);
  2. Tək atanın ərizəsi əsasında - uşağın atası;
  3. Atalıq məhkəmə qaydasında müəyyən edildikdə valideynlər və ya onlardan biri;
  4. Yetkinlik yaşına çatmış şəxs barədə atalıq müəyyən olunduqda həmin şəxs və valideynlər;
  5. Yetkinlik yaşına çatmış şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə – qəyyum və ya himayəçi;
  6. Notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında səlahiyyətli şəxslər.
  7. Dövlət rüsumunun məbləği:

    Atalığın (analığın) müəyyən edilməsinin qeydə alınması və bu barədə ilkin şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu ödənilmir.