Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyi
Hörmətli vətəndaşlar! Ramazan Bayramı və Silahlı Qüvvələr Günü münasibəti ilə 26, 27, 28 iyun “ASAN xidmət” mərkəzlərində, 25, 26, 27, 28 iyun tarixlərində isə "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günüdür.
az | en

Nikahın pozulmasının qeydə alınması

Zəruri olan sənədlərin siyahısı:

1. Yetkinlik yaşına çatmayan ümumi uşaqları olmayan ər-arvadın nikahın pozulması haqqında birgə razılıq ərizəsi ;

2. Ərizə verən şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər;

3. Yetkinlik yaşına çatmayan ümumi uşaqların olmasından asılı olmayaraq ərin (arvadın) ərizəsi əsasında nikahın pozulması aşağıdakı sənədlər təqdim edildikdə aparılır:

-  ərin və ya arvadın xəbərsiz itkin düşməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi;

-  ərin və ya arvadın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi.

4.   Məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsi;

5.   Nikahın pozulması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi;

6.  Nikahın etibarsız sayılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi;

7.  Ər (arvadın) birgə ərizəsi və ya ərin (arvadın) ərizəsi əsasında nikah pozulduqda nikah haqqında şəhadətnamə;

8.   Dövlət rüsumunun ödənilməsi barədə qəbz

İştirak etməli olan şəxslərin siyahısı:

  1. Birgə razılıq ərizəsi əsasında nikah pozulduqda-ər və arvadın hər ikisi;
  2. Ərin (arvadın) ərizəsi əsasında nikah pozulduqda-ər və ya arvad;
  3. Məhkəmə qətnaməsi əsasında nikah pozulduqda-ər və  arvad (birlikdə və ya ayrılıqda);
  4. Məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumu;
  5. Notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında səlahiyyətli şəxslər

Dövlət rüsumunun (haqqın) məbləği:

1. yetkinlik yaşına çatmamış ümumi uşaqları olmayan ər-arvadın qarşılıqlı razılığı əsasında – 15 manat;

2. məhkəmə qətnaməsi əsasında (qətnamədə dövlət rüsumunu tərəflərdən hansının ödəməli olduğu göstərilmədikdə, qeydiyyat üçün birinci müraciət etmiş tərəfdən) – 15 manat;

3. digər tərəf müəyyən edilmiş qaydada xəbərsiz itkin düşmüş, yaxud fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişsə – 2 manat dövlət rüsumu ödənilməlidir