Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyi
az | en

Ölümün qeydə alınması

Zəruri olan sənədlərin siyahısı:

  1. Ölüm faktını təsdiq edən sənəd (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı);
  2. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi;
  3. Ölən şəxsin şəxsiyyətini təsdiq edən sənədlər, habelə ölən şəxs Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda, onun yaşamasına icazəni təsdiq edən sənədlər;
  4. Ölən şəxs hərbi vəzifəli və ya çağırışçı olduqda hərbi bilet (hərbi xidmətlə bağlı olan sənədlər).

İştirak etməli olan şəxslərin siyahısı:

  1. Ölmüş şəxsin qohumları;
  2. Ölmüş şəxsin qonşuları;
  3. Mənzil-istismar təşkilatının işçiləri;
  4. Ölümün baş verdiyi təşkilatın müdiriyyəti;
  5. Notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında səlahiyyətli şəxslər.

Dövlət rüsumunun məbləği:

Ölümün qeydə alınması üçün dövlət rüsumu ödənilmir.